30 Avqust 2024, 12:37
FUTBOL
“Barselona”nın hücumçusu Ansu Fati komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, 21 yaşlı futbolçunun xidmətində La Liqanın digər təmsilçisi “Jirona” maraqlıdı.
Kataloniya klubu ilə 2027-ci ilin yayınadək müqaviləsi olan Fatinin transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Fati ötən mövsümü icarə əsasında İngiltərənin “Brayton” klubunda keçirib. O, Premyer Liqada 19 oyunda 2 qola imza atıb.