"Mançester Siti" heyətinə yeni futbolçu qatmaq niyyətindədi. Matc.az xəbər verir ki, “şəhərlilər” "Sportinq"in müdafiəçisi Osman Diomandenin keçidini həll etməyə çalışırlar.

İngiltərə klubu 20 yaşlı futbolçu üçün Portuqaliya nəhəngi ilə danışıqları davam etdirir. Transferin 40 milyon avroya başa gələcəyi gözlənir.

Qeyd edək ki, Diomandenin "Sportinq"lə 2027-ci ilin yayınadək nəzərdə tutulan müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest