"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" heyətini gücləndirib. Matc.az xəbər verir ki, Yunanıstan təmsilçisi Serxio Olivieranın transferini rəsmiləşdirib.

Bu barədə klubun saytı rəsmi məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Serxio ötən mövsüm "Qalatasaray"da 24 oyuna çıxıb, 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest