05 Sentyabr 2024, 20:47
FUTBOL
Yeni mövsümə hazırlaşan "Qəbələ" yoxlama oyununda qüvvəsini sınayıb.
Matc.az xəbər verir ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv "İmişli" ilə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma "qırmızı-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qəbələ"nin qollarını nuqay Rəşidov və Domi Jaures vurub.