Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilovun Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilovun Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.

Matc.az xəbər verir ki, Birinci vitse-prezident idmançımızı təbrik edib: 

"Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov “Paris-2024” Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr və nailiyyətlər arzulayıram!"

Qeyd edək ki, Vəli İsrafilov SB13 kateqoriyasında 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında qüvvəsini sınayıb. O, 1:05:35 nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest