Dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində VII turun iki oyunu keçirilib. Matc.az xəbər verir ki, hər iki görüşdə böyük hesab qeydə alınıb.

Son çempion Argentina millisi zədəli kapitan Lionel Messisiz Çilini 3 cavabsız qolla üstələyib. Boliviya isə Venesuelanın qapısından 4 cavabsız top keçirib.

Keçirdiyi 7 oyunun 6-da qələbə qazanan Argentina millisi 18 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki Uruqvayın aktivində 13, üçüncü sıradakı Kolumbiyanın isə 12 xal var.

DÇ-2026-nın seçmə mərhələsi

Cənubi Amerika zonası

VII tur

Argentina – Çili – 3:0

Makallister, 48, Alvares, 84, Dibala, 90+1

Boliviya – Venesuela – 4:0

Vak, 13, Alqaranaz, 45+5 (pen.), Miquelito, 46, Monteiro, 89

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest