“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne ötən yay Səudiyyə Ərəbistanı klublarının onunla maraqlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Matc.az xəbər verir ki, belçikalı futbolçu heç kimdən rəsmi təklif almadığını açıqlayıb.

33 yaşlı oyunçu bunları şayiə adlandırıb: “Mən heç kimlə əlaqə saxlamamışam. Çox səs-küy və xəbər var idi. Sakit yay gözlədiyimi dedim, belə də oldu. Tətildə idim, qayıdandan sonra məşqlərə başladım. Hamısı budu, başqa deyəcək heç nə yoxdu”.

Qeyd edək ki, yay fasiləsində “Əl-İttihad”ın De Bruyne ilə maraqlandığı haqda məlumatlar yayılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest