San-Marino yığması 20 ildən sonra qələbə qazanıb. Matc.az xəbər verir ki, komanda buna UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı keçirdiyi oyunda nail olub.

“Stadio Olimpico di Serravalle”də təşkil edilən qarşılaşma San-Marinonun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinə 3 xalı gətirən qola 53-cü dəqiqədə Niko Sensoli imza atıb.

Qeyd edək ki, San-Marino yığması son qələbəsini 20 il əvvəl məhz Lixtenşteyn üzərində (1:0 qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest