Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Matc.az xəbər verir ki, Bəhlul Mustafazadə zədə səbəbindən heyətdən çıxarılıb.

Mərkəz müdafiəçisi Millətlər Liqasının qrup mərhələsinin I turunda İsveçlə (1:3) keçirilən oyunda zədələnib. O, Slovakiya ilə qarşıdakı matçı buraxacaq.

Qeyd edək ki, yığmamız II tur çərçivəsində sentyabrın 8-də Koşitsedə Slovakiya yığması ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest