“Liderliyi ələ keçirmək vacib idi, çünki ötən il Bakıda nə baş verdiyini bilirdik”. Matc.az xəbər verir ki, bunu İsveç millisinin hücumçusu Viktor Qyökeres Millətlər Liqasında Azərbaycanla keçirdikləri oyun barədə danışarkən deyib.

Qarşılaşmada bir qolun müəllifi olan forvard belə görüşlərdə hesabı açmağın vacibliyini vurğulayıb: “Azərbaycan çətin rəqibdi. Hesabı açana qədər çox yaxşı şanslarımız oldu. Bəlkə də bunu daha əvvəl etməliydik. Amma ən vacibi o idi ki, qalib gəldik və üç qol vurduq”.

Qeyd edək ki, Azərbaycan-İsveç oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest