Matçda 2:2 hesabı ilə nəticələnib.

Azərbaycanın "AzNur" klubu minifutbol üzrə Çempionlar Liqasında növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, Polşanın paytaxtı Varşavada keçirilən görüşdə təmsilçimiz İsveçin "Qalport" klubu ilə üz-üzə gəlib.

Qarşılaşmada qalib müəyyənləşməyib. Belə ki, matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Qeyd edək ki, "AzNur" ilk oyunda Fransanın "Les Piopio" klubu üzərində 2:1 hesablı qələbə qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest