06 Oktyabr 2024, 22:28
FUTBOL
Bu gün Misli Premyer Liqasının IX turunda "Turan Tovuz" doğma meydanda "Zirən"i 1:0 məğlub edib.
Bu gün Misli Premyer Liqasının IX turunda "Turan Tovuz" doğma meydanda "Zirən"i 1:0 məğlub edib.
Matc.az xəbər verir ki, oyundan sonra Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev açıqlama verib.
O, bu qələbəni "Turan Tovuz"un ilk prezidenti Vidadi Əhmədovun 70 illik yubileyinə həsr etdiklərini bildirib. E. Quliyev "Turan Tovuz"un çıxışından danışıb və eyni zamanda azarkeşlərə səsələnib, onları birlik olmağa və komandanı dəstəkləməyə çağırıb.
Qeyd edək ki, "Turan Tovuz" bu qələbədən sonra xallarının sayını 18-ə çatdıraraq turnir cədvəlində ikinci yerdə qərarlaşıb.