07 Oktyabr 2024, 01:25
FUTBOL
İngiltərə Premyer Liqasında VII tura yekun vurulub.
Matc.az xəbər verir ki, "Mançester Yunayted", "Çelsi" və “Tottenhem" komandaları azarkeşlərini məyus edib.
"Mançester Yunayted" "Aston Villa" ilə səfərdə (0:0), "Çelsi" "Nottinqem Forest"lə doğma meydanda (1:1) heç-heçə edib. "Tottenhem" isə "Brayton"a 2:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yeddi turdan sonra turnir cədvəlində "Çelsi" 14 xalla 4-cü, "Tottenhem" 10 xalla 9-cu, "Mançester Yunayted" isə 8 xalla 14-cü sırada qərarlaşıb. Turnir cədvəlinə 18 xalla "Liverpul" başçılıq edir