07 Oktyabr 2024, 10:11
FUTBOL
Braziliya millisi itki ilə üzləşib. Matc.az xəbər verir ki, “Real”ın müdafiəçisi Eder Militao yığmanın oktyabrdakı oyunlarını buraxacaq.
Buna səbəb 26 yaşlı oyunçunun zədələnməsidi. Militao sol ayağından xəsarət alıb. O, DÇ-2026-nın Çili ilə oktyabrın 11-də, Peru ilə 16-da keçiriləcək seçmə matçlarında iştirak etməyəcək.
Qeyd edək ki, Eder Militao cari mövsüm “Real”ın heyətində 12 oyunda 1 qol vurub.