07 Oktyabr 2024, 11:17
FUTBOL
“Neftçi”də gözlənilən ayrılıq reallaşıb. Matc.az saytının məlumatına görə, baş məşqçi Roman Qriqorçuk komandadan ayrılıb.
Ukraynalı mütəxəssisin gedişinə səbəb komandanın mövsümə uğursuz start götürməsidi. “Neftçi” Premyer Liqanın geridə qalan 9 turunda 5 xalla 9-cu pillədə qərarlaşır.
Qeyd edək ki, Roman Qriqorçuk “Neftçi”yə mövsümün əvvəlində gəlmişdi.