07 Oktyabr 2024, 14:01
FUTBOL
Brennan Conson “Tottenhem”in heyətində ardıcıl 6-cı oyunda qol vurub. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqanın VII turunda “Brayton”la görüşdə fərqlənib.
Lakin bu, londonluların məğlubiyyətinə (2:3) mane olmayıb. Conson ardıcıl olaraq “Koventri”, “Brentford”, “Qarabağ”, “Mançester Yunayted”, “Ferensvaroş” və “Brayton”la qarşılaşmalarda rəqib qapılarına yol tapıb.
“Tottenhem”in heyətində sonuncu dəfə bu göstəriciyə Harri Keyn imza atıb. Hazırda “Bavariya”nın formasını geyinən ingiltərəli forvard 2019-cu ilin yanvarında ardıcıl 6 matçda fərqlənmişdi.
Qeyd edək ki, Brennan Conson ötən ilin yayından “Tottenhem”in şərəfini qoruyur.