Uğursuz mövsüm keçirən “Mançester Yunayted” daha bir ciddi zərbə alıb. Matc.az xəbər verir ki, müdafiəçi Harri Maquayr sıradan çıxıb.

31 yaşlı futbolçu Premyer Liqanın VII turunda “Aston Villa” ilə səfər görüşündə zədələnib. Birinci hissədə xəsarət alan İngiltərə millisinin üzvü tibb işçilərinin köməkliyi ilə meydanı tərk edib. Maquayr fasilədən sonra Mattiys De Liqtlə əvəzlənib. Onun zədəsinin durumu tibbi müayinədən sonra müəyyənləşəcək.

Qeyd edək ki, “Mançester Yunayted” 8 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest