"Barselona"nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Matc.az xəbər verir ki, o, bu barədə məlumatı sosial şəbəkədəki səhifəsində paylaşıb.

39 yaşlı yarımmüdafiəçi 1996-2018-ci illərdə "Barselona"da çıxış edib. Bu müddət ərzində o, əsas komandanın heyətində bütün turnirlərdə 674 matçda iştirak edib, 57 qol vurub və 136 məhsuldar ötürmə edib.

İnyestanın son klubu Birləşmiş Ərəb Əmirliklərinin "Emireyts" olub və o, 23 matçda 5 qol vurmağı bacarıb.

İspaniya millisində isə İnyesta iki dəfə Avropa çempionu olub və dünya çempionluğu yaşayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest