İdman Arbitraj Məhkəməsi (CAS) fransalı yarımmüdafiəçi Pol Poqbanın diskvalifikasiya müddətini ləğv etmək əvəzinə, futbolçu tərəfinin dopinqdən qəsdən istifadəsi ilə bağlı arqumentlərin əksəriyyətini təkzib edə bilməməsi səbəbindən azaldıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti paylaşıb.

CAS oyunçunun cəzasını 4 ildən 18 aya endirib. O, həmçinin 5 min avro məbləğində cərimə olunub. Yarımmüdafiəçi 2025-ci ilin martında meydana çıxa biləcək.

Poqbanın arqumentləri bir neçə ekspert tərəfindən dəstəkləndi. Onun təqdim etdiyi dəlillərin əksəriyyətinə etiraz edilməyib. Bununla belə, CAS Poqbanın günahsız olmadığını qeyd edib və peşəkar futbolçu kimi onun çox diqqətli olmalı olduğunu bildirib.

Xatırladaq ki, ötən mövsüm İtaliya çempionatının "Udineze" ilə ilk tur matçından (3:0) sonra Poqbanın dopinq testi testosteron üçün müsbət nəticə verib. Futbolçunun "Yuventus"da çıxışı müvəqqəti olaraq dayandırılıb. 6 oktyabr 2023-cü ildə Poqbanın ikinci dopinq testi də müsbət çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest