08 Oktyabr 2024, 09:57
FUTBOL
Minifutbol üzrə U-23 millimiz Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün ikinci oyununa çıxacaq. Matc.az xəbər verir ki, yığmamız Hindistanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı vaxtı ilə 18:45-də start götürəcək.
Qeyd edək ki, Rəcəb Fərəczadənin baş məşqçisi olduğu kollektiv ilk matçda Serbiyanın U-23 yığmasına 1:5 hesabı ilə məğlub olub.