08 Oktyabr 2024, 10:25
FUTBOL
"Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendi karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, "Mançester Siti" onunla yaxından maraqlanır.
“Şəhərlilər” Subimendini uzun müddətə sıradan çıxan Rodrinin yerinə transfer etmək istəyirlər. İngilislər bu keçidi yanvar ayında həll etməyə çalışacaqlar.
Futbolçunun müqaviləsində 60 milyon avro qarşılığında sərbəst qalma maddəsi var.
Qeyd edək ki, 25 yaşlı futbolçu cari mövsümdə 10 oyunda 1 qola imza atıb.