Yunanıstanın "Asteras" klubunun baş məşqçisi Klod Makelele istefa verib. Matc.az xəbər verir ki, onun yunan komandasındakı fəaliyyəti cəmi 3 oyun çəkib.

Madrid “Real”ının və Fransa yığmasının sabiq yarımmüdafiəçisi qərarının səbəbini açıqlayıb. O, rəhbərliklə fikir ayrılıqlarının olduğunu bildirərək, onun işinə müdaxilə edildiyini bildirib.

Qeyd edək ki, Klod Makelele futbolçu karyerası ərzində "Çelsi"nin də formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest