08 Oktyabr 2024, 15:10
FUTBOL
“Barselona”nın təmir işləri aparılan “Nou Kamp” stadionuna qayıdacağı vaxt müəyyənləşib. Matc.az xəbər verir ki, İspaniya klubu bu ilin sonuna qədər doğma arenasına qayıtmağı planlaşdırır.
La Liqa təmsilçisinin Direktorlar Şurasının üzvü Elena Fort məsələ ilə bağlı bunları deyib: “2024-cü ilin sonuna qədər “Nou Kamp”a qayıtmağa çalışırıq. Ancaq planlarımızı dəyişə biləcək amillər də var”.
Qeyd edək ki, “Nou Kamp” stadionunun təmiri ilə əlaqədar ev oyunlarını “Stadio Olimpiko”da keçirən “Barselona” La Liqanın 9 turundan sonra 24 xalla liderdi.