Roman Qriqorçukla yolları ayıran “Neftçi”nin yeni baş məşqçisinin kim olacağı maraqla gözlənir. Matc.az saytının əldə etdiyi məlumata görə, bu posta ən real namizəd yerli mütəxəssisdi.

Söhbət hazırda “Sumqayıt”ın “sükanı arxası”nda olan Samir Abasovdan gedir. “Neftçi” rəhbərliyi kluba son ölkə çempionluğunu qazandırmış 46 yaşlı mütəxəssislə müqavilə bağlamaq niyyətindədi. Abasovla danışıqlara artıq start verilib. Böyük ehtimalla, danışıqlar müsbət nəticələnəcək.

Çünki Abasovun “Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə münasibəti yaxşı deyil. Yayda transfer məsələlərinə görə yaranan narazılıq hələ də davam etməkdədi. Bu mənada, Samir Abasovun “Neftçi”yə müsbət cavab vermək şansı yüksəkdi.

Qeyd edək ki, "Neftçi" Samir Abasovun rəhbərliyi altında 2020/2021 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest