"Neftçi"də növbəti ayrılıq gerçəkləşib. Paytaxt təmsilçisi Brayan Moreno ilə yollarını ayırıb.

"Neftçi"də növbəti ayrılıq gerçəkləşib. Paytaxt təmsilçisi Brayan Moreno ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kolumbiyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı bu mövsümkü iştirak ərizəsinə salınmamışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest