İtaliyanın "Yuventus" klubunun futbolçusu Tyon Kopmeyners sıradan çıxıb.

Matc.az xəbər verir ki, bu barədə Turin klubun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı hücumameyilli yarımmüdafiəçinin qabırğasında sınıq aşkarlanıb. 26 yaşlı ön xətt oyunçusunun müalicəsinə başlanılıb. Onun məşqlərə nə vaxt başlayacağı müalicə prosesindən asılı olacaq.

Qeyd edək ki, "Yuventus" Tyon Kopmeynersi mövsümün əvvəlində "Atalanta"dan transfer edib. Niderland millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest