Azərbaycan millisinin futbolçusu Abbas Hüseynov Estoniya yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.

Azərbaycan millisinin futbolçusu Abbas Hüseynov Estoniya yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, 29 yaşlı müdafiəçi sabah qələbə qazanmaq istədiklərini bildirib:

"Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Əlimizdən gələni edib, meydandan yaxşı nəticə ilə ayrılmaq istəyirik. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Estoniya ilə matçda 3 xal qazanacağımıza inanıram".

Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da "Lilleküla" stadionunda keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest