Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin bir sıra futbolçu və məşqçilərin oyun təqviminin həddən artıq yüklənməsi ilə bağlı şikayətlərinə cavab verib.
Matc.az xəbər verir ki, Çeferin şikayətlərin daha çox elit futbolçuların dilə gətirdiyini vurğulayıb.
"Etiraf etməliyik ki, oyun təqvimi doludur. Amma əlavə etməliyəm ki, bundan kim şikayət edir? Ən yüksək maaş alanlar, həmçinin 25 ən yaxşı oyunçunun sərəncamında olan klublar. Daha az maaş alanlar və 11 futbolçudan ibarət heyət şikayətlənmir. Onlar meydana çıxmağı sevirlər".
Xatırladaq ki, "Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri matçların sayının azaldılmasını tələb edən futbolçuların tətil etmə ehtimalının mümkünlüyünü bildirmişdi.