11 Oktyabr 2024, 12:17
FUTBOL
"Mançester Siti"nin və Norveç millisinin hücumçusu Erlinq Haaland ata olacaq. Matc.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat yayıb.
O, UEFA Millətlər Liqasının 3-cü turunun Norveç - Sloveniya (3:0) oyununda dubla imza atıb. 24 yaşlı futbolçu 2-ci qolu qeyd edərkən formasının altına topu yerləşdirib və sevgilisinin hamilə olduğuna işarə edib.
Qeyd edək ki, Erlinq Haaland 2022-ci ildən “Mançester Siti”nin formasını geyinib.