AFFA İntizam Komitəsinin iclasında aşağı yaş qrupları üzrə liqalarda baş verən neqativ hallar da hüquqi qiymətini tapıb.
AFFA İntizam Komitəsinin iclasında aşağı yaş qrupları üzrə liqalarda baş verən neqativ hallar da hüquqi qiymətini tapıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
AFFA Gənclər Liqasında keçirilən “Zirə” PFK - “Qəbələ” İK oyununda “Zirə” PFK komandasının heyətində adı protokolda qeyd edilməyən 45 nömrəli futbolçusu meydana daxil olduğuna görə “Zirə” PFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-16 Liqasında keçirilən ASTA FK – “Dinamo” (Bakı) FK oyununda “Dinamo” (Bakı) komandasının köməkçi məşqçi Çıraq Behbudov qarşılaşmanın 88-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılması cəzalandırılmasına görə 5 oyunluq cəzalandırılıb.
AFFA U-13 Liqasında keçirilən “Məhəllə uşaqları” (Sumqayıt) – İOEUGİM (Sumqayıt) oyununda İOEUGİM (Sumqayıt) komandasının köməkçi məşqçi Asif Əsgərov qarşılaşmanın 52-ci dəqiqəsində meydana daxil olaraq hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyunluq cəzalandırılıb.
AFFA U-12 Liqasında keçirilməli olan “Latsio Baku” - “Zəngəzur” FK oyunu “Zəngəzur” FK komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Zəngəzur” FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
AFFA U-11 Liqasında keçirilən “Lamasya Baku” - “Binə” (Bakı) oyununda “Lamasya Baku” komandasının heyətində 6 nömrəli futbolçu Heydər Xanlarov hakimə əl-qol atdığına görə meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılıb, futbolçunun valideyni meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə “Lamasya Baku” komandasına xəbərdarlıq edilib.
AFFA U-10 Liqasında keçirilməli olan “Bayern Baku” - “Karvan” (Yevlax) oyunu “Karvan” (Yevlax) komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə “Karvan” (Yevlax) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.