11 Oktyabr 2024, 14:22
FUTBOL
“Liverpul”un müdafiəçisi Vircil Van Dayk komandasının cari mövsümdəki çıxışını dəyərləndirib. Matc.az xəbər verir ki, o, sezona uğurlu start verdiklərini deyib.
“Başlanğıc yaxşıdı. Amma bununla iş bitmir, hələ görüləsi işlərimiz var. Qarşıda bizi çox oyun gözləyir. Komanda yeni baş məşqçinin üslubuna alışmaqdadı. Bunun üzərində işləməyə davam edəcəyik”, - deyə o qeyd edib.
Qeyd edək ki, 7 turdan sonra 18 xal toplayan “Liverpul” turnir cədvəlinə başçılıq edir.