“Transfermarkt” portalının səhifələrində İspaniya La Liqasında çıxış edən bəzi futbolçuların qiymət etiketləri yenilənib. Matc.az xəbər verir ki, qiymətində ən çox artım olan oyunçu “Barselona”nın yarımmüdafiəşisi Lamin Yamaldı.

Onun transfer dəyəri 30 milyon avro artaraq 150 milyona çatıb.

İkinci yerdə “Real”ın braziliyalı hücumçusu Vinisius Junior və “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes qərarlaşıblar. Onların hər biri 20 milyon avro dəyərində bahalaşıb. Hazırda Vinisius 200 milyon, Lopes isə 50 milyon avro dəyərindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest