Nüfuzlu "Transfermarkt" internet portalı dünyanın ən bahalı futbolçularının yeni siyahısını açıqlayıb.
Matc.az xəbər verir ki, "Real"ın vingeri Vinisius Junior və "Mançester Siti"nin hücumçusu Erlinq Haaland dünyanın ən bahalı futbolçusu olub.
Hər iki futbolçunun qiyməti 200 milyon avrodur.
"Transfermarkt"a görə dünyanın ən bahalı 10 futbolçusu:
1. Erlinq Haaland ("Mançester Siti") – 200 milyon avro.
2. Vinisius Junior ("Real", Madrid) – 200 milyon avro.
3. Cud Bellinqem ("Real", Madrid) – 180 milyon avro.
4. Kilian Mbappe ("Real", Madrid) – 180 milyon avro.
5. Lamin Yamal ("Barselona") – 150 milyon avro.
6. Filip Foden ("Mançester Siti") – 150 milyon avro.
7. Bukayo Saka ("Arsenal") – 140 milyon avro.
8. Florian Virtz ("Bayer") – 130 milyon avro.
9. Camal Musiala ("Bavariya") – 130 milyon avro.
10. Federiko Valverde ("Real", Madrid) – 130 milyon avro.