Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında III turununda səfərdə Estoniyaya 3:1 hesabı ilə məğlub oldu.

Matc.az xəbər verir ki, yığmamızın baş məqşçisi Fernandu Satuş qarşılaşmadan sonra keçirilən mətbuat konfransında oyunu şərh edib və jurnalistlərin suallarını cavablandırıb.

- Komanda oyuna yaxşı başladı. İlk 35 dəqiqə kompakt oyun oynadıq. Rəqibin qapımıza qarşı  zərbə endirməyə şansı olmadı. Qapımızda qol gördükdən sonra toparlandıq və cavab qolunu vurduq. Lakin yaxşı başlamağımıza baxmayaraq əlavə olunmuş dəqiqələrdə yenidən qol buraxdıq. Fasilədə futbolçulara ilk hissənin 35 dəqiqəsindəki kimi oynamalı olduğumuzu bildirdim. Amma rəqib komada ağıllı oynadı və arxaya çəkilərək əks hücumda oynamağa başladı. Futbol belə bir oyundur ki, yaranan şansdan istifadə edə bilmirsənsə rəqib bundan yararlanır.

Yarımmmüdafiənin mərkəzində iki futbolçu ilə oynadıq. Məğlubiyyətdə sizin seçdiyiniz taktiki sxemin hansısa rolu var?
- Mən 4-3-3 oynayırdım. Mərkəzdə dörd oyunçu oynayırdı. Dörd şansımız oldu, istifadə edə bilmədik. İlk hissədə komanda ən yaxşısını etdi. Taktiki sxemdə səhvlik olmayıb. 3 qol buraxdıq, amma bir o qədər də vura bilərdik. Normalda ilk hissə 2:0 bizim xeyrimizə başa çatmalı idi.

- Verdiyiniz tapşırıqların reallaşmamasına görə, oyunçularınızın səviyyəsinin yetərli olmadığını düşünürsüzmü?
- Oyunçuların çox yaxşı şansları var idi. Bu futboldur, belə şeylər olur. Biz İsveçə qarşı da çoxlu şanslar əldə etdik, amma şansları dəyərləndirməsən nəticə belə olur. Bizim problemimiz müdafiədədir, üç oyunda səkkiz qol. İşimizi davam etməliyik və bunların üzərində işləməliyik. Buna vaxt lazımdır. Oyunçularla danışmışam, nə isə əldə etmək üçün vaxt lazımdır.

- Bu günkü oyun taktikasını davam etdirəcəkinizmi?
- Taktikanı dəyişmək barədə düşünmürəm, çünki hücum futbolu oynamağa üstünlük verirəm.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest