"Mançester Yunayted" rəhbərliyi baş məşqçisi Erik ten Haqa növbəti iki matçının nəticələrinə əsasən barəsində yekun qərar verəcəklərini bildirib.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Bildirilrir ki, İngiltərə klubunun həmsahibi ser Cim Ratkliff artıq komandanın başında ten Haqı görmür. Hazırda "Mançester Yunayted"in rəhbərləri niderlandlı mütəxəssisin əvəzinə fəal axtarış aparır.

Mançester klubunun yeni baş məşqçisi postuna əsas namizədlər "Çelsi"nin keçmiş məşqçiləri Tomas Tuxel və Qrem Potterdir.

Qeyd edək ki, İngiltərə çempionatının yeddi turundan sonra "qırmızı şeytanlar" 14-cü pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest