La Liqanın prezidenti Xavyer Tebas milli çempionatların Avropa İttifaqı Məhkəməsinə iddia hazırladığını bildirib.

Matc.az xəbər verir ki, bu, oyunların sayını artırmaq üçün verdiyi birtərəfli qərarlar səbəbiylə FİFA-ya qarşı yönəldilib.

"Bazar ertəsi FIFPro (peşəkar futbolçuların nümayəndələrini birləşdirən qlobal təşkilat), La Liqa və İngiltərə Premyer Liqası ilə birgə konfransımız olacaq. Biz Avropa İttifaqında FİFA-nı birtərəfli qərarlarına görə qınamaq niyyətindəyik.

İndi biz Klublararası Dünya Çempionatını "həzm etməliyik", çünki FİFA belə qərar verib. Amma heç bir milli liqa bununla razılaşmır. FIFPro-nun yaxşı tərəfi ondan ibarətdir ki, o, daha çox matçın bütün qarşılaşmalarda oynayan 300 oyunçuya və oynamayan on minlərlə futbolçuya vurduğu zərəri dərk edib.

Dünya futbolunu cəmi 300 oyunçu və 20 klub üçün təşkil edə bilməzsiniz. Çempionlar Liqasının yeni formatına görə ölkə çempionatları əziyyət çəkir. FIFPro bunun vacib olduğunu başa düşdü və eyni zamanda sənayemizi qlobal səviyyədə qorumaq zərurətini anladı", - deyə Tebas açıqlama verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest