UEFA Millətlər Liqasının qrup mərhələsindəki Azərbaycan - Slovakiya oyunundan əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil ediləcək açıq məşqlər və mətbuat konfranslarının vaxtı müəyyənləşib.

Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 13-də ilk olaraq saat 16:15-də Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandıracaq.

Axşama saatlarında isə Slovakiya millsinin baş məqşçisi Françesko Kaltsonanın mətbuat konfransı baş tutacaq.

13 oktyabr

Azərbaycan milli komandası
16:15. Mətbuat konfransı
17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Slovakiya milli komandası
18:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
19:30. Mətbuat konfransı

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest