12 Oktyabr 2024, 17:08
FUTBOL
"Liverpul" sabiq müdafiəçisi Coel Matip peşəkar karyerasını başa vurub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı İngilis klubunun mətbuat xidməti paylaşıb.
Matipin "Liverpul"la müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatıb, bundan sonra futbolçu digər komandalarla müqavilə imzalamayıb.
Qeyd edək ki, Matip "liverpul"da İngiltərə çempionu, ölkə kubokunun, İngiltərə Liqa Kubokunun və ölkə Superkubokunun qalibi olub. O, həmçinin Çempionlar Liqası qalibi sevincini də yaşayıb.