13 Oktyabr 2024, 02:05
FUTBOL
Almaniya millisində Kris Fürix heyətdən kənarlaşdırılıb.
Matc.az xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyası məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının 3-cü turunda Bosniya və Herseqovina ilə oyunda zədələnib.
Kris zədə səbəbindən Millətlər Liqasının 4-cü turunun Niderlandla matçında komandasına kömək etməyəcək.
Qeyd edək ki, Kris Fürix Almaniya millisinin heyətində 6 oyun keçirib.