13 Oktyabr 2024, 11:29
FUTBOL
tən gün Portuqaliya millisi Millətlər Liqasında Polşaya 3:1 hesabı ilə qalib gəlib. Qollardan birini Kriştiano Ronaldo vurub.
Ötən gün Portuqaliya millisi Millətlər Liqasında Polşaya 3:1 hesabı ilə qalib gəlib. Qollardan birini Kriştiano Ronaldo vurub.
Matc.az xəbər verir ki, Ronaldo üçün bu, millidə 100-cü qələbəsi olub.
39 yaşlı futbolçu tarixdə milli komandanın heyətində rəsmi oyunlarda 100 qələbə qazanan ilk futbolçu olub.
Bundan əlavə, Kriştiano yoldaşlıq oyunları da daxil olmaqla qələbə sayına (hər ikisi 131) görə Serxio Ramosun rekordunu təkrarlayıb.