UEFA Millətlər Liqasının IV turunda Azərbaycan millisinin qonağı olacaq Slovakiya yığması Bakıya yola düşüb.

Matc.az xəbər verir ki, bu barədə Slovakiya Futbol Federasiyası məlumat yayıb.

Komandanın üç futbolçusunun millimizlə oyunu buraxacağı bildirilib. Bunlar müdafiəçilər Denis Vavro, Adam Obert və yarımmüdafiəçi Matuş Berodur.

Obert III turda İsveçlə oyunda (2:2) sıradan çıxıb. Buna görə də futbolçu çıxış etdiyi "Kalyari" (İtaliya) klubunun düşərgəsinə qayıdıb. "Bohum"da (Almaniya) oynayan Bero məşq zamanı zədələnib. Denis Vavro isə cəzalı durumdadır.

Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhrramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest