"Barselona"nın və İspaniya millisinin 17 yaşlı hücumçusu Lamin Yamal millidən ayrılıb.

Matc.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti rəsmi saytında məlumat yayıb.

Bildirilir ki, Yamal UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun Danimarka millisi ilə oyunundan (1:0) sonra zədədən yayınmağı bacarıb.

Tibbi müayinə futbolçunun sadəcə olaraq əzələ yüklənməsi olduğunu göstərib. Lakin ehtiyat tədbiri olaraq Yamal Kataloniya komandasına qayıdır.

Xatırladaq ki, Yamalın klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 150 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest