"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə millisinə mümkün təyinatı ilə bağlı məlumatı şərh edib.

Matc.az xəbər verir ki, Qvariola yayılan məlumatları təkzib edib.

"Bu doğru deyil. Mən "Mançester Siti"nin baş məşqçisiyəm. Heç bir qərar verməmişəm, hər şey ola bilər. Ona görə də bilmirəm".

İspaniyalı çalışdırıcı 2016-cı ildən Mançester klubunun sükanı arxasındadır. 53 yaşlı mütəxəssisin klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Qeyd edək ki, hazırda İngiltərənin müvəqqəti məşqçisi Li Karslidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest