“Neftçi” hələ də yeni baş məşqçisini müəyyənləşdirməyib. Matc.az xəbər verir ki, Bakı klubu bu post üçün geniş siyahı hazırlayıb.

Rəhbərliyin ən çox maraqlandığı mütəxəssislərdən biri də Abdullah Avcıdı. Türkiyə mətbuatı “Neftçi” rəsmilərinin bunun üçün hətta İstanbula yollandıqlarını da yazıb.

İlkin danışıq heç də uğursuz keçməyib. Lakin Səudiyyə Ərəbistanından da təklifləri olan 61 yaşlı çalışdırıcı tələsik qərar vermək istəmir. Bu səbəbdən o, hələlik heç bir kluba konkret cavab verməyib. Lakin Premyer Liqada növbəti tura qədər yeni baş məşqçisini təyin etmək istəyən “Neftçi” rəhbərliyi başqa variantlara keçib. Hazırda bu posta ən real namizəd “Sumqayıt”ın çalışdırıcısı Samir Abasovdu.

Qeyd edək ki, “Neftçi” bir neçə gün əvvəl baş məşqçi Roman Qriqorçukla yollarını ayırıb. “Ağ-qaralar” hazırda Premyer Liqada 9 turdan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest