Slovakiya yığmasının Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəyi oyunun yekun heyəti müəyyənləşib. Matc.az xəbər verir ki, baş məşqçi Françesko Kaltsona 4 futbolçunu “23-lük”dən kənarda saxlayıb.

Müdafiəçi Denis Vavro cəza səbəbindən görüşü buraxacaq. Digər arxa xətt oyunçuları Adam Obert, Timoti Qranika və yarımmüdafiəçi Matuş Bero isə məşqçilər korpusunun qərarı ilə iştirak ərizəsinə salınmayıblar.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest