14 Oktyabr 2024, 14:40
FUTBOL
"Real"ın futbolçusu Luka Modriç mövsümün sonunda karyerasını bitirmək fikrindən uzaqdı. Matc.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçisi “kral klubu” ilə 2025-ci ilin yayında bitəcək müqavilənin müddətini daha bir il uzatmaq niyyətindədi.
Modriç 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər "Real"ın futbolçusu qalmaq istəyir.
Qeyd edək ki, Modriç 2012-ci ildən "kral klubu"nun formasını geyinir.