Afrika futbolunda böyük qalmaqal baş verib.
Matc.az xəbər verir ki, Nigeriya milli komandası yeməksiz, susuz və rabitəsiz Liviyada tərk edilmiş hava limanında ilişib qalıb.
Futbolçular təyyarədə yatıblar və indi Afrika Millətlər Kubokunun seçmə oyununu oynamaqdan imtina edirlər. Nigeriyalılar Liviyanı təxribatda ittiham edirlər.
Nigeriya oyun üçün Liviyaya uçub. Eniş etməzdən dərhal əvvəl təyyarə təcili olaraq tərk edilmiş başqa bir hava limanına yönləndirilib. Nigeriyalılar oradan bir neçə saata istədikləri şəhərə çatmalı olsalar da, ev sahibi ölkə onları nəqliyyatla təmin etməyib. Üstəlik, yaxınlıqdakı otellərə nigeriyalıları yerləşdirmək qadağan edilib.
Nigeriya komandası 13 saatdan çox hava limanında qalıb. Komandanın kapitanı açıq şəkildə bunu biabırçılıq adlandırıb və qonaqlar üçün qəsdən pis şərait yaradan Liviya ilə oynamaq istəmədiyini bildirib. Bununla belə, nigeriyanın baş məşqçisi Afrikada daha pis şeylər gördüyünü deyib və matçı keçirməyə hazır olduğunu bildirib.
Maraqlıdır ki, liviyalılar bu davranışına maraqlı əsas tapıblar. Onlar Liviya futbolçularının bir neçə gün əvvəl Nigeriyada pis qarşılandığını, hava limanında bir neçə saat saxlandığı iddia edir.