14 Oktyabr 2024, 18:41
FUTBOL
"Real"ın və Avstriya millisinin müdafiəçisi David Alaba oynaq qığırdaqlarının incəlməsi səbəbindən peşəkar futbolçu karyerasını bitirmək variantını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.
Bildirilir ki, Alaba məşqlərə qayıtdıqdan sonra ağrılar yaşayır. Bu problemin avstriyalı oyunçunun yenidən yüksək səviyyədə çıxış etməsinə mane olacağı şübhəsi var.
Xatırladaq ki, ötən ilin dekabrında 32 yaşlı avstriyalının sol ayağının çarpaz bağı qopmuşdu. O, iki dəfə əməliyyat olunub və o vaxtdan meydanda olmayıb.
Futbolçunun Madrid klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyununda başa çatır.