Avropa Superliqasının startı 2025-ci ilin sentyabrında baş tuta bilər.
Matc.az xəbər verir ki, belə bir turnirin yaradılması ilk dəfə 2021-ci ildə elan edilmişdi, lakin sonradan azarkeşlərin etirazı, FİFA və UEFA-nın sanksiya təhlükəsi səbəbindən layihə həyata keçirilmədi.
Daha əvvəl Çempionlar Liqasının analoqunda 64 klubun iştirak edəcəyi, bütün qarşılaşmaların isə pulsuz yayımlanacağı bildirilirdi.
Çempionlar Liqasının əvəzinə "Real", "Barselona", "Roma", "Napoli", "Porto", "Sportinq", "Benfika", Ayaks", "Marsel", PSV və bir sıra başqa klublar artıq Superliqada iştirak etməyə hazırdır.
Superliqanın baş direktoru Bernd Rayxart müsahibəsində bildirib ki, şirkət turnirin başlaması üçün bütün addımları atır. Berndin sözlərinə görə, 2024/2025 mövsümü üçün Çempionlar Liqasının yeni formatı UEFA-nın ümidlərini doğrultmayıb.