"İnter Mayami" MLS çempionatında "Atlanta Yunayted"lə qarşılaşıb. Matc.az xəbər verir ki, görüş "İnter Mayami"nin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Bu matçda fərqlənən Lionel Messi yeni mövsümdə ilk qoluna imza atıb. 37 yaşlı futbolçu 20-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Messi 2023-cü ildən hazırkı komandasının formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest